İcra başçısının müavini işdən çıxarıldı

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Faiq Kərimovun tutduğu vəzifədən azad olunması ilə bağlı xəbər rəsmən təsdiqlənib.

ONN media xəbər verir ki, İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, I müavin Faiq Kərimov istefa ərizəsi yazaraq, icra başçısı Zakir Fərəcova təqdim edib. İcra başçısı isə bu gün Faiq Kərimovun işdən azad edilməsi barədə qərar qəbul edib.

İcra Hakimiyyətindən onu da bildiriblər ki, icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyeva da tutduğu vəzifədən azad olunaraq, İcra Hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəsi təyin edilib.

Hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətində iki müavin postu boş qalıb.