İki vəkilin fəaliyyəti dayandırıldı

Vəkillər Kollegiyası iki vəkilin fəaliyyətini dayandırıb.

ONN media xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

İclasda vəkillər barəsində başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

Qanunvericiliyin tələblərini pozaraq dövlət hesabına hüquqi yardım zamanı formal vəkilliklə məşğul olduğuna və keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə bir vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə, bir vəkil barəsində isə keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə vəkillik fəaliyyətinin üç aylıq dayandırılması barədə qərar qəbul olunub.

Bundan başqa, vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma, bir yeni vəkil bürosunun təsisi və s. məsələlərə baxılıb, müsbət qərarlar verilib.