“İlham Əliyev və ordu quruculuğu”: Seminar – Foto

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “İlham Əliyev və ordu quruculuğu” mövzusunda elmi-metodiki seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONN media-ya bildiriblər ki, seminarda əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Raizi İsmayılov tədbirdə çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna diqqət və qayğısı, Ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji durumu barədə məlumat verib.

Sonra Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müəllimi Peykər Həbibova və başqaları çıxış ediblər.

Azərbaycan Ordusunun yaranması və formalaşmasını əks etdirən videoçarx nümayiş olunduqdan sonra elmi-metodiki seminar işini fənn bölmələrində davam etdirib.