İlham Əliyevin bu sözləri Türkiyədə gündəm oldu

Prezident İlham Əliyevin İrəvanın, Zəngəzurun və Göyçə gölünün Azərbaycanın tarixi torpaqları olduğunu bəyan etməsi və “tarixi torpaqlarımıza dönməliyik, bu hədəfə mərhələ-mərhələ yaxınlaşmalıyıq” deyə bildirməsi dünyada gündəmə çevrilib.

ONN media Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan liderinin sözləri düşmənlərimizi kədərləndirsə də, dostlarımızı sevindirib.

İşğalçı Ermənistan narahatlığını dilə gətirib. Qardaş Türkiyə isə Azərbaycanı dəstəkləyib.

Türkiyə mediası Prezident İlham Əliyevin çıxışını geniş işıqlandırılıb. Məşhur “Haber7” xəbər portalı isə Azərbaycan liderinin sözlərini “Qardaşın Qızıl Alması” olaraq manşetə çıxarıb.