ONN İnformasiya Agentliyi

İmamzadə məzarlığında CADU TAPILDI – İki gənc qadının…

İmamzadə məzarlığında CADU TAPILDI –  İki gənc qadının…
22 Avqust 2019 - 21:05

Gəncədəki məşhur İmamzadə məzarlığında cadu tapılıb. 

ONN media bildirir ki, bu barədə hüquq müdafiəçisi Vasif Akifli məlumat  verib.

Qəbirlərdən birinə sellafona bükülmüş iki gənc qadının şəkli ilə birlikdə ərəb dilində yazılmış kağızlar aşkarlanıb.

“Adət üzrə anamın 40 mərasiminə kimi məzarı hazırlanır, təmir təmizlik işləri gedirdi. Məzar daşı hazır olub üzərinə yerləşdirilməsi üçün qəbirin əlavə torpağını təmizləyən ustalar məzarın bir neçə santimetr dərinliyinə basdırılmış bu iki şəkili və duaları tapıblar. Eşitmişdim, az çox məlumatım var idi ki, bu cür caduları yeni məzarların torpağı ilə edirlər. Şəkillərdəki xanımları tanımıram. Bu xanımları tanıyan varsa, məlumat versin.

Bəlkə də bunu yazıqların hansısa ən yaxın qohumu, rəfiqəsi, bəlkə də ailə üzvlərindən biri edib. Amma təəssüf etdiyim ən vacib məqam bunu etdirənlərin yox, edənlərin olmasıdır. Siz kimsiniz ki, tanrının işinə qarışıb, kiminsə həyatı ilə oynayırsınız?!” ( BAKU.WS)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png