İnformasiya Agentliyinə yeni baş direktor təyin olunub

“Interfaks-Azərbaycan” İnformasiya Agentliyinə yeni baş direktor təyin olunub. ONN medianın məlumatına görə, agentliyin yeni baş direktoru agentlikdə baş redaktor vəzifəsində işləmiş Anar Əzizovdur.

Anar Əzizov 2003-cü ildən “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində çalışır. 2015-ci ildən agentliyin baş redaktorudur.

Qeyd edək ki, ötən il dekabrın 21-də “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin rəhbəri Aleksandr İvanov 67 yaşında insultdan vəfat edib.