İnsan alverinə qarşı mübarizə mövzusunda seminar keçirilib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Miqrasiya Təşkilatı və Təhsil Nazirliyinin birgə layihəsi əsasında İmişli rayonundakı Akif Bayramov adına Nurulu kənd tam orta məktəbində insan alverinə qarşı mübarizəyə həsr olunmuş seminar keçirilib.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, seminarı giriş sözü ilə məktəbin direktoru Bəşir Məmmədov açıb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti regional mərkəzin əlaqələndiricisi Vilayət Muradlı, cəmiyyətin İmişli rayon təşkilatının sədri Rauf Əyyamzadə çıxış edərək insan alverinə qarşı mübarizə haqqında şagirdlərə məlumat verib. Müəllim və şagirdlər üçün maarifləndirici seminar keçirilib.

Seminardan sonra şagirdlərə məktəbli ləvazimatları və bukletlər paylanılıb.