İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki hakiminin statusu dəyişəcək

“Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakiminin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq”.

ONN medianın xəbərinə görə, bu, Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulan təminatlar Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakimə də şamil ediləcək.