İnstagram istifadəçilərinin diqqətinə-YENİ FUNKSİYA

"İnstagram"sosial şəbəkəsində tezliklə videozənglər funksiyası istifadəyə veriləcək.Bu barədə "Wabetinfo"portalı məlumat verib.

ONN media ictnews-a istinadən bildirir ki,məlumata görə sosial şəbəkə hazırda istifadəçilər arasında videorabitə imkanını sınaqdan keçirir.Həmçinin əlavənin aktual versiyasının kodunda yeni "İnstagram"funksiyasına eyham vurulub.Gələcəkdə bildirişlər blokunu açaraq konkret istifadəçini seçən zaman sağ yuxarı küncdə kamera nişanını görmək mümkün olacaq.Əlavənin proqram təminatını tədqiq edən ekspertlər tərəfindən müəyyənləşdirilib ki,hazırda funksiya aktiv olmasa da,tezliklə istifadəçilər bir-biri ilə video vasitəsilə unsiyyət qura biləcəklər.Texnologiyanın nə vaxt ümumi istifadəyə veriləcəyi naməlumdur.