İran Azərbaycanla sərhəddi bağlayıb?- SƏFİRLİK AÇIQLADI

İyulun 1-dən etibarən İranın Azərbaycanla quru sərhədlərini iki ay müddətinə bağlamasıyla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Mövzu ilə bağlı ONN media-nın sorğusuna İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, yayılan məlumatlar əsassızdır.

“İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik və bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikası üçün açıqdır. İrana beynəlxalq turistlərin və qonşu ölkə vətəndaşlarının giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur. Sadəcə, Azərbaycan quru sərhədlərini hələ ki, özü açmayıb”.