ONN İnformasiya Agentliyi

İranın terror fəaliyyətinin qısa xronikası- Ekspert faktları açıqladı

İranın terror fəaliyyətinin qısa xronikası- Ekspert faktları açıqladı
27 Yanvar 2023 - 19:37

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı SEPAH-ın sosial şəbəkə səhifələri paylaşımlarda hücumun guya məişət zəminində qısqanclıq əsasında baş verdiyini göstərməyə çalışırlar. Amma hadisənin baş verməsi və ondan sonra polisin davranışı onu göstərir ki, öncədən bu aktın olacağı ilə bağlı məlumatlı imiş”.

Bu sözləri politoloq Yeganə Hacıyeva açıqlamasında bildirib:

“Daha sonra hücumun icraçısının SEPAH-ın əməkdaşı Yasin Hüseynzadənin olması göstərir ki, bu, İran xüsusi xidmət orqanının həyata keçirdiyi terror aktıdır, İranın yüzilliklərə dayanan terror siyasətinin təzahürüdür. Bu dəfə də Azərbaycana qarşı edir, daha sonra isə ermənilərin üstünə atmaqla izi azdırır”.

Y.Hacıyeva bildirib ki, hazırda danışıqlarda Ermənistan tərəfindən təzyiqlərin olduğu həssas bir mərhələdəyik:

“İran bu mərhələdə atacağı addımları daha sonra Azərbaycan hakimiyyətinin təzyiqi və ya təsiri ilə atması təsəvvürünü formalaşdırmaq istəyir. Bunu bir neçə gündür baş verən hadisələrə cavab olaraq edir. Birmənalı olaraq SEPAH-ın əməliyyatı və dəsti-xəttidir. SEPAH-ın Avropadakı səhifələri bunu ermənilərin üstünə yıxması ilə bağlı guya Azərbaycan media təsisatlarına istinadən xəbərlər paylaşır və s.”.

Yeganə Hacıyeva

Politoloq əlavə edib ki, 1984-cü ildən başlayaraq İran İslam Respublikasının adı beynəlxalq hesabatlarda terrorizmi dəstəkləyən dövlətlər sırasına daxil edilib. Bu gün də eyni imiclə tanınır:

“İranın dövlət strukturlarının qanlı terror aktlarında iştirakı faktlarla sübuta yetirilib. 1979-cu ildə “İslamçıların” hakimiyyətə gəlişindən sonra, İranın dövlət strukturlarının yönləndirməsi ilə dünyanın 20-dən çox ölkəsində sui-qəsdlər və ya terror aktları təşkil edilib. Bu aktlar Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiya daxil olmaqla, dünyanın 5 qitəsində həyata keçirilib. Bu baxımdan İran rejiminin terrora dəstək verməsi qlobal problem təzahürü alıb”.

“İran terror qruplarına hər il 16 milyard dollar vəsait ödəyir”

Politoloq bildirib ki, 1979-cu ildən etibarən, İranda dövlət maraqlarının təmin edilməsi üçün terror aktlarından istifadəyə rəsmən razılıq verilib:

“ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən, “Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi” adlı 48 səhifəlik hesabatda göstərilir ki, İran hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollar vəsait xərcləyir.

“Terror aktlarında uşaqlardan istifadə edilir”

Y.Hacıyevanın sözlərinə görə, Human RightsWatch təşkilatı (HRW) SEPAH-ın “uşaq əsgərlər” siyasətini sənədləşdirib:

“Hesabatda qeyd edilir ki, İranda sığınacaq tapmış 14 yaşlı əfqan qaçqınlar “Fatimiyun” adlı hərbi qruplaşmaya cəlb ediliblər. Həmin uşaqlar Suriya döyüşlərində istifadə ediliblər və öldürülüblər. HRW-nin bu hesabatının dərc edilməsindən sonra ABŞ Dövlət Departamenti 2018-ci ildə qeyd edilən faktları araşdırıb. Araşdırmalar bitdikdən sonra İranın adını “uşaqları qanunsuz hərbi xidmətə cəlb edən dövlətlərin siyahısı”na əlavə edib”.//globalinfo

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png