İtaliyada olan tələbələr Azərbaycan dövlətinə təşəkkür etdilər

İtaliyada olan azərbaycanlılar təxliyə üçün göstərilən köməkliyə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.

ONN media bildirir ki, tələbələr bildiriblər ki, vəziyyətin çətin olmasına baxmayaraq onların hava limanına gəlməsində Azərbaycan dövləti bütün lazımi tədbirləri görüb.

Qeyd edək ki, İtaliyada olan azərbaycanlılar Bakıya çarter reysi ilə gətiriləcək.