ONN İnformasiya Agentliyi

İtkin düşən alpinist Baburun anası ölkə rəhbərliyinə müraciət etdi

İtkin düşən alpinist Baburun anası ölkə rəhbərliyinə müraciət etdi
02 Yanvar 2018 - 16:27

İtkin düşən alpinistlərdən Babur Hüseynovun anası Hüseynova Gülxanım Raci qızı prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Müraciətin mətni aşağıdakı kimidir:

"Cənab prezident və hörmətli Mehriban xanım!

Bildiyiniz kimi, içində mənim balamın da olduğu alpinist qrupu itkin düşüb. Baburla dekabrın 23-ü saat 11:30-da telefonla əlaqə saxlamışıq, Xınalıqda olduğunu dedi. Dekabrın 24-ü saat 16:26-da WhatsApp-la əlaqə saxlayaraq hər şeyin yaxşı olduğunu, yazdı. Evdə demişdi ki, 25-i qayıdacaq. Qayıtmadığı üçün dekabrın 26-sı səhər saatlarında Xətai rayon 37-ci polis bölməsinə yazılı müraciət etdik.

Məsələni diqqətinizdə saxladığınız üçün əminəm ki, axtarışların başlama tarixi, saatı barədə məlumatlısınız. Bilirəm ki, axtarışlar müxtəlif qurumlar tərəfindən aparılır, əllərindən gələni edirlər. Hamısına çox təşəkkür edirəm. Amma ana ürəyi dözmür. Hər keçən dəqiqə vaxtın əleyhimizə işlədiyini düşünüb hansı dəhşətli hislər yaşadığımı sözlə ifadə edə bilmirəm. Valideyn olaraq məni yaxşı anladığınızı bilirəm.

Cənab prezidentim, hörmətli vitse-prezidentim, sizdən məsələnin birbaşa nəzarətinizə almağı, axtarışların bir az da gücləndirilməsini sonsuz dərəcədə rica edirəm.

Ailəmiz pərişandır. Hər an xəbər gözləyirik. Günlər keçdikcə dizlərim bükülür.

Oraya səfərbər olunan dəstələrin əllərindən gələni etdiyini bilirəm. Bütün dövlət qurumlarına, balalarımızı axtaran hər kəsə çox təşəkkürümü bildirirəm. Əminəm ki, ən qısa zamanda sizin xüsusi nəzarətinizin bəhrəsi olaraq lazım olan bütün tədbirlər görüləcək. Biz analar da ağlamaqdan gözümüzdə yaş qoymayan balalarımıza qovuşacağıq.

Allah hər ikinizə can sağlığı versin, övladlarınızı qorusun.

Hörmətlə, əvvəlcə Allahdan, sonra sizdən pənah gözləyən ana Hüseynova Gülxanım".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png