ONN İnformasiya Agentliyi

Jurnalistlər üçün müsabiqə: I yerə 1000 manat…

Jurnalistlər üçün müsabiqə: I yerə 1000 manat…
01 Fevral 2018 - 21:53

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri” mövzusunda birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

ONN media xəbər verir ki, KİVDF-dən Axar.az-a bildiriblər ki, müsabiqənin məqsədi Azərbaycan kinosunun 120 illiyi ilə əlaqədar milli kinonun tarixi, bu günü, inkişaf perspektivləri və gənc kinematoqrafçıların fəaliyyəti haqqında analitik yazılar, eləcə də yeni filmlərə resenziyalar yazan jurnalistlərin yaradıcı əməyini stimullaşdırmaqdır.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazıların qəbulu fevralın 2-dən başlayır, iyunun 1-də başa çatır.

Müsabiqədə birinci yer üçün (bir yer) 1000 manat, ikinci yer üçün (iki yer) 800 manat, üçüncü yer üçün (üç yer) 600 manat məbləğində mükafat müəyyənləşdirilib. Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (300 manat) və əlavə olaraq müsabiqədə fərqlənən 10 müəllifə isə hədiyyələr veriləcək.

Müsabiqə ilə bağlı əlavə məlumatla KİVDF-nin saytında tanış olmaq mümkündür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png