ONN İnformasiya Agentliyi

Jurnalistlərin VII qurultayının tarixi dəqiqləşdi

Jurnalistlərin VII qurultayının tarixi dəqiqləşdi
05 Fevral 2018 - 15:22

ONN medianın Mətbuat Şurasının saytına istinadən verdiyi məlumata görə ölkə jurnalistlərinin VII qurultayı mart ayının 10-da keçiriləcək.

MŞ sədri Ə.Amaşov bildirib ki, Şuranın Nizamnamə tələblərinə uyğun olaraq qurumun İdarə Heyətinin üzvləri qurultay üzrə Təşkilat Komitəsinin tərkibinə daxil ediliblər. İclasda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

Qərara əsasən, Şuraya üzv gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda iki, həftəlik və aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə bir nümayəndə ilə iştirak edəcəklər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png