Jurnalistlərə daha bir şad xəbər- Artıq…

“Park Cinema” kinoteatrlar şəbəkəsi 22 iyul, Milli Mətbuat Günü münasibətilə media işçilərini sevindirəcək.

ONN media xəbər verir ki, sabah media işçiləri üçün “Park Cinema”da bütün seanslara giriş tam sərbəst olacaq. Jurnalistlərin pulsuz bilet əldə etmələri üçün istənilən kinoteatr kassasına yaxınlaşıb öz iş vəsiqələrini göstərmələri kifayətdir. Vəsiqə etibarlı olmalı, üzərində işçinin şəkili, qurumun möhürü və rəhbərin imzası yer almalıdır. Sərbəst seansların sayı limitsizdir.

Qeyd edək ki, kinoteatrlar “Flame Towers” kompleksində, “Park Bulvar”, “MetroPark” və “Zagulba Mall” AVM-lərdə yerləşir.