ONN İnformasiya Agentliyi

Kəbədə cümə namazı qılındı

Kəbədə cümə namazı qılındı
23 İyun 2023 - 16:29

Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə gələn yüz minlərlə zəvvar Məscidül-Həramda cümə namazını qılıblar.

ONN media xəbər verir ki, Kəbədə xütbə verilib. Xütbədə din adamları Hz. Məhəmmədin Həccdəki vida ziyarətinə toxunaraq, ziyarətin müsəlmanlar üçün əhəmiyyətini vurğulayıblar. Məlumata görə, cümə namazını Kəbəyə daha yaxın dayanaraq qılmaq istəyən zəvvarlar əraziyə bir neçə saat əvvəl gəliblər. Zəvvarların sıxlığı başlamazdan əvvəl Məscidül-Həramda təmizlik işləri aparılıb.

Yaşadıqları yerlərdən qrup halında Məscidül-Hərama gedən zəvvarlar cümə gününə qədər namaz, təvaf və dualar ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png