ONN İnformasiya Agentliyi

Kərə yağı üçün gömrük rüsumu 3 dəfə azaldılıb, bəs qiymətlər niyə endirilmir? – VİDEO

Kərə yağı üçün gömrük rüsumu 3 dəfə azaldılıb, bəs qiymətlər niyə endirilmir? – VİDEO
26 Yanvar 2018 - 23:32

Azərbaycana idxal edilən kərə yağına tətbiq edilən gömrük rüsumunun 15 faizdən 5 faizə endirilməsindən sonra qiymətlərin enəcəyi proqnozlaşdırılırdı.

ONN media bildirir ki, çünki rüsumların azaldılması sahibkarlara qiymətləri aşağı salmağa imkan verirdi. Amma proqnozlar özünü doğrultmadı.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, araşdırmalar göstərir ki, qiymətlər yalnız yanvar ayının əvvəlində cəmi 50-60 qəpik civarında enib. Sonradan bu tendensiya davam etməyib. Halbuki, qiymətlər 2-3 manat enməli idi.

Vüqar Bayramov deyir ki, bu müddət ərzində kərə yağının idxal olunduğu ölkələrdə də yağın qiyməti dəyişməyib. Yəni yerli sahibkarlar xaricdə qiymət artımını bəhanə edə bilməzlər.

İqtisadçı ekspertin fikrincə, ölkə qanunvericiliyi qiymətləri tənzimləməyə imkan verir. Odur ki, bazarlarda monitorinqlər aparılmalıdır. İdxal edilən kərə yağının qiymətinin bundan sonra necə olacağı hələlik bəlli deyil. /xezerxeber.az

http://https://daytube.az/az/videos/61454/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png