ONN İnformasiya Agentliyi

Kafe və restoranlarda qiymətlər niyə bahalaşdı?

Kafe və restoranlarda qiymətlər niyə bahalaşdı?
02 Yanvar 2023 - 22:10

Bakıda fəaliyyət göstərən restoranlarda qiymətlər günü-gündən artmaqda davam edir. Artım xüsusilə bayram günləri daha çox hiss edilir.

ONN media Xəzər TV-yə istinadən xəbər verir ki, müştərilər kabablar və digər qidalarda kəskin bahalaşma olduğunu deyir.

Bundan başqa, bəzi restoranlar depozit tələb edirlər ki, bu da həddindən artıq yüksək olur.

Restoran müdiri Fərid Adıgözəlov obyektdə depozit olmadığını bildirib. O, buna baxmayaraq, bahalaşmanın olduğunu və onun səbəblərini açıqlayıb.

Bildirilir ki, restoranda müştərilərə verilən mevə-tərəvəz, eləcə də ətlərin ən keyfiyyətlisi seçilir. Bu da qiymətin daha yüksək olmasının səbəbidir.

Həmçinin işçi xərclərinin də günü-gündən artdığı bildirilir.

Restoran işlədən şəxslər deyirlər ki, qida məhsullarının qiyməti daha da artarsa, yeməklərin bahalaşması davam edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png