ONN İnformasiya Agentliyi

Kirayə mənzil bazarında son durum

Kirayə mənzil bazarında son durum
05 Avqust 2022 - 12:43

Hazırda kirayə mənzil bazarında qiymətlər sabitdir. Amma mövsümlə əlaqədar gündəlik kirayə məqsədilə istifadə olunan mənzillərin və bağ evlərinin qiymətlərində qısamüddətli artımlar müşahidə edilir”.

ONN media xəbər verir ki, bu sözləri  əmlak eksperti Ramil Osmanlı bildirdi ki, vəziyyət artıq sabitləşməyə doğru gedir:

“Krayə mənzil bazarı üçün ən fəal dövr 10-15 gündən sonra başlayacaq. Avqust ayının ortalarından etibarən tələbələrin paytaxta axını başlayır, bu da mənzil bazarında müəyyən qədər bahalaşmaya səbəb olacaq. Bu da təbiidir, müraciətlər və tələb artdıqca qiymətlər də qalxır. Tələbə bumu başa çatandan sonra qiymətlər yenidən sabitləşir”.

Ekspertin sözlərinə görə, cari ilin ilk dörd ayı ilə müqayisədə indi qiymət artımı müşahidə edilir və bunun nə vaxtacan davam edəcəyini proqnozlaşdırmaq çətindir:

“Ona görə ki, artım bütün istehlak qiymətlərində baş verir. Son günlər tikinti materialları bazarında da kəskin bahalaşma yaşanır. Mənzil alqı-satqısı və kirayəsində, eləcə də inşaat materialları bazarındakı qiymət artımının bir səbəbi də regionda davam edən münaqişələr, siyasi-iqtisadi gərginlikdir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png