ONN İnformasiya Agentliyi

KİV-ə ayrılan vəsait artırılsın – TƏKLİF

KİV-ə ayrılan vəsait artırılsın – TƏKLİF
13 Noyabr 2017 - 13:52
“İnformasiya təhlükəsizliyinin təminatında, kütləvi informasiya vasitələrinin rolu böyükdür. Bu səbəbdən kütləvi informasiya vasitələrinə maliyyə vəsaitlərinin artırılmasına ehtiyac var”.
ONN media-nın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Hikmət Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycanda çap mediasının saxlanmasına, bu sahənin inkişaf etdirilməsinə görə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna dövlət tərəfindən maliyyə vəsaiti ayrılır.
“Hesab edirəm ki, ayrılan vəsait yetərincə deyil. Ölkə mediasının daha da inkişaf etdirilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsait artırılmalıdır”.
Deputat ali təhsil müəssisələrində təhsil alan fiziki qüsurlu şəxslərin övladlarının təhsil haqqından azad edilməsi və ya digər güzəştlərin tətbiqini də təklif edib.
H.Məmmədov Azərbaycanda aztəminatlı ailələrin, müharibə veteranlarının və valideynləri sağ olan qaçqın usaqların təhsil haqqından azad edilməsinə ehtiyac olduğunu qeyd edib.
“Onsuz da belə insanların sayı azlıq təşkil edir”.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png