ONN İnformasiya Agentliyi

Korona ilə bağlı həyəcan təbili çalındı

Korona ilə bağlı həyəcan təbili çalındı
02 Yanvar 2023 - 19:15

Alimlər “XBB.1.5” adlı yeni variantın aşkarlandığını elan edərək, kritik xəbərdarlıqlar ediblər.

ONN media xəbər verir ki, müvafiq olaraq, “XBB.1.5” koronavirusun əvvəlki növləri ilə müqayisədə daha sürətlə yoluxdurur.

Mütəxəssislər hesab edirlər ki, bu variant da sürətlə yayıla, səhiyyə sistemini çətin vəziyyətə sala bilər. Ona görə də alimlər indiki anda yaxın təmasdan çəkinməyi məsləhət görürlər. Bununla belə, alimlər hesab edirlər ki, yeni ştamm əvvəlkilərdən daha ağır xəstəliyə səbəb olmur.

Böyük Britaniyada təxminən 1 ay ərzində koronavirusa yoluxanların 4 faizində “XBB.1.5” aşkarlandığını bildirib.

“XBB.1.5”-in “Omikron”un mutasiyaya uğramış versiyası olduğu və ilk dəfə avqust ayında Hindistanda aşkarlandığı deyilir.

Uorvik Universitetinin virusoloqu, professor Lourens Yanq deyib: “XBB.1.5” variantı çox yoluxucudur və Nyu Yorkda xüsusən də yaşlılar arasında xəstəxanaya yerləşdirmə sayının artmasına səbəb olur”.

Mütəxəssislər “XBB.1.5” variantının simptomlarının “Omikron”la oxşar olduğunu açıqlayıb. Onlar aşağıdakılardır:

– Öskürək

– Soyuqdəymə hissi

– Qızdırma

– Boğaz ağrısı

– Bədən ağrıları.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png