ONN İnformasiya Agentliyi

Koronavirusa yoluxanların sayı açıqlandı

Koronavirusa yoluxanların sayı açıqlandı
25 Sentyabr 2022 - 18:19

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə ONN media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 820 823 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 597 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 323 aktiv xəstə var. Bu günə qədər 9 903 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 484, bu günə qədər isə ümumilikdə 7 236 764 test icra olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png