ONN İnformasiya Agentliyi

Koronavirusun tüğyan etdiyi İrandan Azərbaycana 50 min insan gələcək? – AÇIQLAMA

Koronavirusun tüğyan etdiyi İrandan Azərbaycana 50 min insan gələcək? – AÇIQLAMA
25 Fevral 2020 - 11:39

İranda təhlükəli koronavirusun yayılmasına baxmayaraq, bu ölkənin vətəndaşları hələ də onlayn viza üçün müraciət edib Azərbaycana gələ bilərlər.

ONN media xəbər verir ki, buna baxmayaraq, Novruz bayramını Azərbaycanda qeyd etmək istəyən tətil paketləri almış bəzi İran turistləri tur rezervasiyalarını ləğv etmək istəyirlər.

Bu barədə “Sputnik”ə İranın turizm şirkətinin direktoru Ulduz Həmid Cahadi məlumat verib. Onun sözlərinə görə, İrandan təxminən 10 ailə hotel nömrələrinin sifarişlərinin ləğvi tələbi ilə şirkətə müraciət edib. Bura əsasən 4 ulduzlu hotellər daxildir: “Lakin biz sərhədlər açıq qaldığı müddətdə sifarişləri ləğv etməyə tələsmirik. Çünki bu vəziyyətdə turistlər zərər görəcək. Gəzinti heç bir xüsusi səbəb olmadan turistlər tərəfindən ləğv olunarsa, cərimə ödəməli olacaqlar”.

Şirkət nümayəndəsi bildirib ki, hazırda Azərbaycanın İrandakı konsulluğu vizaların verilməsini dayandırıb. Ancaq iranlı turistlərin əksəriyyəti onlayn qaydada viza üçün müraciət edirlər. Buna görə də bu gün onlar üçün heç bir problem yoxdur.

Qeyd edək ki, koronavirusun yayılmasından əvvəl Novruz bayramında İrandan Azərbaycana 50 min turistin gələcəyi proqnozlaşdırılırdı.

Xatırladaq ki, İranda koronavirusdan 50 nəfərin öldüyü iddia olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png