ONN İnformasiya Agentliyi

Kredit borcu olanlara PİS XƏBƏR

Kredit borcu olanlara PİS XƏBƏR
13 Yanvar 2024 - 18:59

Bir neçə gündür ki, banklar tərəfindən kredit faizlərinin yenidən artırılacağı ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, banklar tərəfindən əmanətlər üçün depozit faizlərinin artırılması nəzərdə tutulur. Bu addımın kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacağı bildirilir.

Bəs kredit faizləri arta bilərmi?

Məsələ ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, kredit faizlərinin artmasına bir neçə amil təsir edə bilər. 

İlk növbədə hökumətin həyata keçirdiyi inflyasiya siyasətinin bu məsələdə rol oynaya biləcəyi ehtimalını diqqətə çatdıran ekspertin fikrincə, inflyasiyaya qarşı mübarizədə dünya təcrübəsi əsas götürülür:

“Bu da uçot dərəcəsinin və kredit faizlərinin artırılmasına səbəb ola bilər. Necə ki, bəzi ölkələrdə belə bir hadisə baş verdi. Bilirik ki, Azərbaycan hökuməti inflyasiya ilə bağlı bəzi hədəflər müəyyənləşdirib və bunu da banklar özləri üçün əsas götürməlidirlər”. 

Ekspertin sözlərinə görə, banklar əhalidən götürülən depozitləri artırmaq üçün müxtəlif təkliflər irəli sürürlər: 

“Depozit faizi artdıqca, vətəndaşlar banka üz tuturlar. Bu gün ölkədə vəziyyət belədir ki, vətəndaşlar inflyasiyanın səviyyəsinə uyğun olaraq ya topladığı vəsaitləri “yastığın altında”, ya da bankda saxlayırlar. Bank isə müxtəlif yollarla depozit portfelinin həcmini artırmağa çalışır ki, bunun da yolu faizlərin artırılmasından keçə bilər. Bu da öz növbəsində kreditlərin də atmasına səbəb olur”. 

Müsahibimiz Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasəti son 10 ildəki ən optimal idarəetmə üsulu kimi dəyərləndirib:  

“Bu da əslində daha çox məsələlərin tənzimlənməsinə hesablanıb. Bu gün ölkəmizdə bank sektoru ilə yanaşı, kredit verə bilən digər maliyyə təşkilatları da mövcuddur. Əslində banklar faizləri artırmaq üçün onlarla rəqabət aparmalıdırlar. Üstəlik, həmin təşkilatların isə öhdəlikləri kifayət qədər azdır və aşağı faizlərlə kredit verə bilərlər. 

Bu baxımdan da sosial şəbəkələrdə kredit faizlərinin artırılması ilə yayılan məlumatların heç bir əsası yoxdur. Düşünmürəm ki, hansısa bank vətəndaşdan verdiyi kredit müqabilində 2 faiz, 3 faiz və ya 4 faiz artıq pul alsın. Ona görə ki, öz kredit portfellərində ciddi azalma görə bilərlər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png