ONN İnformasiya Agentliyi

Küləklə əlaqədar yollara və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirildi

Küləklə əlaqədar yollara və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirildi
12 İyul 2019 - 22:54

Bakı Nəqliyyat Agentliyi Bakıda faktiki hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Agentlikdən ONN media -ya verilən məlumatda bildirilir ki, hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyyatlı olmaq tövsiyə edilir:

“Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyi 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png