ONN İnformasiya Agentliyi

Kürəkçay-Dəliməmmədli mənzilində 11,5 km dəmir yolu əsaslı təmir olunur- FOTOLAR

Kürəkçay-Dəliməmmədli mənzilində 11,5 km dəmir yolu əsaslı təmir olunur- FOTOLAR
29 Noyabr 2017 - 15:59

Dəmir yolunun Kürəkçay-Dəliməmmədli mənzilində 11,5 km dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən ONN media-ya verilən məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Bu gündən etibarən dəmir yolunun Kürəkçay-Dəliməmmədli mənzilində 11,5 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri fasiləli olmaqla 2 həftə davam edəcək və dekabr ayının ortalarında başa çatdırılacaq.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 417 km dəmir yolu əsaslı təmir olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png