Kürdəmirdən bayraqla bağlı hiddət doğurmuş görüntü- VİDEO

ONN media xəbər verir ki, sosial şəbəkələrdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Tuğ kəndindəki şöbəsinin qarşısında olduğu iddia edilən bir neçə şəxsin Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı hörmətsizlik edərək bunu videoya çəkmələri ilə bağlı video yayılıb.

Bu video sosial şəbəkə istifadəçiləri tərəfindən böyük tənqidə məruz qalıb. Bu məsələyə Kürdəmir Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin biganə yanaşmayacağını ümid edirik. 

Sosial şəbəkə istifadəçilərinin haqlı narazılığına səbəb olan həmin videonu sizlərə təqdim edirik: