ONN İnformasiya Agentliyi

Ləğv edilmiş “DəmirBank”ın əmanətçilərinin – Nəzərinə

Ləğv edilmiş “DəmirBank”ın əmanətçilərinin – Nəzərinə
23 Dekabr 2017 - 16:56

Lisenziyası ləğv edilmiş “DəmirBank” ASC-nin əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaq.

ONN media-nın Trend-ə istinadən məlumatına görə, digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra müvafiq növbəlilik prinsipinə əsasən aparılacaq.

Əmanətçilər əlavə məlumat üçün 149 qısa nömrəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası ləğv edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png