Lənkəran titrədi

Lənkəranda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ONN media-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 09:23-də Lənkəran stansiyasından 22 km şimal-qərbdə Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Maqnitudası 3.2 bal və 17 kilometr dərinliyi olan yeraltı təkanlar hiss olunmayıb.