ONN İnformasiya Agentliyi

Laçın dəhlizindəki aksiyaya qardaş ölkədən dəstək

Laçın dəhlizindəki aksiyaya qardaş ölkədən dəstək
13 Dekabr 2022 - 8:40

ONN media xəbər verir ki, qaranlıq və şaxtalı havaya baxmayaraq, qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası gecə saatlında da davam edib.


Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndiriblər. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı dağlarda əks-səda doğurub.


Etirazçılara Qarabağın şəhər və kəndlərində müxtəlif bərpa-quruculuq layihələrində çalışan çoxlu sayda Türkiyə vətəndaşı da qoşulub. Aksiyanın keçirildiyi ərazidə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ölməz kəlamı səsləndirilib// azertac

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png