ONN İnformasiya Agentliyi

“Liderin” efirində deputata savadsız dedilər və… – Video

“Liderin” efirində deputata savadsız dedilər və… – Video
18 Dekabr 2017 - 22:24

Lider Tv-də yayımlanan “Status” verilişinin canlı efirində gərgin anlar yaşanıb.

ONNmedia-nın Musavat.com-a istinadən məlumatına görə, gərginlik deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli arasında olub. Belə ki, D. Əzimli Babəkin qəhrəman olub-olmaması barədə müzakirə zamanı onun Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu dilə gətirib.

O, türklərin bölgədəki mövcud olma tarixi barədə nümunələr çəkib, Ziya Bünyadovun da bu sırada adını vurğulayıb. Lakin F. Mustafa bu mənbələrin “gop” olduğunu deyib.

D. Əzimli isə onun bu ifadəni işlətməsinin “ayıb” olduğunu dilə gətirib.

Fazil Mustafa Babəkin türk olmadığını iddia edib.

D.Əzimli deputata onun tarixdən xəbərsiz olduğunu deyib və “savadsız” adlandırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png