ONN İnformasiya Agentliyi

“Lotu Quli”nin imzası erməniyə görə saxtalaşdırıldı – QALMAQAL

“Lotu Quli”nin imzası erməniyə görə saxtalaşdırıldı – QALMAQAL
19 Avqust 2019 - 15:25

Azərbaycanlı qanuni oğru Nadir Səlifovla (Lotu Quli) Kutaisi oğruları arasında ciddi qalmaqal yaranıb.

ONN media Musavat.com-a istinadla xəbər verir ki, erməni əsilli Artur Atabekyana “oğru” səlahiyyətləri verməsi ilə bağlı həbsxanaya göndərilən “proqona” Qulinin də adı yazılıb ki, bu da azərbaycanlı qanuni oğrunun ciddi narazılığına səbəb olub. Quli hazırda Tver bölgəsindəki həbsxanalardan birində olan Artur Atabekyana heç bir dəstək vermədiyini bəyan edib və adının “proqona” onun izni olmadan yazılmasına görə izahat istəyib.

Qeyd edilir ki, bu, Arturun kriminal güc kimi təsdiqlənməsi üçün edilən ikinci cəhddir. Avqustun əvvəlində Şakro Molodoy bu təşəbbüsü blok edib. Arturun namizədliyini vaxtilə Ded Xasanın kurasiya etdiyi “Kutaisi qruplaşması” dəstəkləyir. Quli də bu qruplaşmaya dəstək verib. Amma onlar Qulinin izni olmadan oğru məktubuna onun da adını yazmaqla ciddi səhvə yol veriblər.

İddia olunur ki, Quli bildirib ki, indi bu cür məktublu bəyanatların yeri deyil. Quli bildirib ki, əvvəla, erməni kriminalla iradlar var və bu həll edilmədən onun kriminal aləmin yüksək mərtəbəsinə qəbulu yolverilməzdir. İkinci tərəfdən, indi Rusiyada qanuni oğrulara qarşı böyük bir savaş başlayıb və bu cür müzakirələr yersizdir. Quli sonda bildirib ki, “mənsiz istədiyinizi yaza və istədiyinizi edə bilərsiz”.

Qulinin demarşından məyus olduqlarını gizlətməyən “Kutaisi” klanının bundan sonra nə edəcəyi ciddi maraq doğurur. Bildirilir ki, Quli indi bu yaxınlarda azadlığa buraxılan Tariel Oniani (Taro) və Merab Suximski ilə yaxınlaşmaqda maraqlıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png