Məktəb bufetləri ilə bağlı daha bir rəsmi məlumat

“Gələn ildən məktəblərin bufetlərinin yoxlanılması planlaşdırılır”.

ONN media xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunan tədbirdə deyib.

R.Ağayevin sözlərinə görə, sağlam qidalanma ilə bağlı valideynlərlə də mütəmadi olaraq maarifləndirici işlər aparılmalıdır:

“Hazırda 1 milyon 600 min şagird var. Onlar yalnız vaxtlarının bir hissəsini məktəbdə keçirirlər. Digər vaxtlarını isə onlar məktəbdə keçirmirlər. Ona görə də hesab edirəm ki, uşaqların sağlam qidalanması ilə bağlı valideynlərlə də sıx işlər görülməlidir”.