Məmmədyarov: Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var

"Bu gün Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var".

ONN media-nın Report-un Rusiya bürosuna istinadən məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının 7-ci iclasında çıxış edərkən deyib.

"Əminəm ki, Xəzəryanı dövlətlər beynəlxalq hüququ nəzərə almaqla, Xəzərin statusuna dair konsensus əldə etmək üçün əllərindən gələni edəcəklər", – E.Məmmədyarov bildirib.