Mərhum Elinanın məktəb direktorunun bacısının Prezidentə MÜRACİƏTİ + VİDEO

Aprelin 4-də Bakının 162 saylı tam orta məktəbinin VIII sinif şagirdi E.Hacıyeva özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsinin pəncərəsindən ataraq intihar edib. Baş vermiş hadisədən sonra Təhsil Nazirliyi bildirib ki, aprelin 8-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova işdən kənarlaşdırılıb. Hadisədə direktor günahkar göstərilsə də, əslində bilinməyən və görünməyən tərəflər var. 
 
Məktəbin eks-direktoru Sevinc Abbasovanın bacısı Quliyeva Natəvan hadisənin bilinməyən tərəflərini danışıb.