ONN İnformasiya Agentliyi

Mən tarixi Yunus Oğuzdan daha yaxşı öyrənirəm, nəinki tarixdən- ÖZƏL

Mən tarixi Yunus Oğuzdan daha yaxşı öyrənirəm, nəinki tarixdən- ÖZƏL
08 İyun 2023 - 19:10

Əjdər İsmayılov sıradan bir adam deyildi, onun haqqında müxtəlif fikirlər söylənilir”.
ONN media xəbər verir ki, bunu görkəmli tarixçi, filoloq-türkoloq Əjdər İsmayılovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi sessiyada çıxışı zamanı filologiya elmləri doktoru, professor, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli deyib.
“Mən iki məsələ üzərində dayanmaq istəyirəm. Birinci odur ki, Azərbaycan dilçiliyində müəyyən bir qanun var: üslubların bir-birinə keçməsi. Məsələn, publisistik üslub ədəbi üsluba tez keçir. Ancaq burda müəyyən bir məqam var ki, ehtiyatlı olmaq lazımdır. Bədii üslubda istənilən bir formada ucalmaq, bədii obraza don geyindirmək olur. Amma publisistik üslub klassik rəqəmlərə əsaslanır. İstənilən bir hadisəni dəyişmək olmaz. Amma bədii üslub imkan verir ki, onu bir az obrazlı verəsən. Ona görə də, bizdə bu keçiddə, xüsusilə, publisistik üslubdan elmi üsluba keçid o qədər də asan məsələ deyil. Ona görə də, bizdə elmi-kütləvi üslub deyilən bir üslub yaranıb. Mən Əjdər müəllimin üslubunu xüsusilə fərqləndirmək istəyirəm. Məsələn, mən tarixi Yunus Oğuzdan daha yaxşı öyrənirəm, nəinki tarixdən. Bu üslubdan irəli gəlir və Əjdər İsmayılovun üslubunda da bu var”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png