ONN İnformasiya Agentliyi

Mənzil alanlar üçün vacib xəbər: bu tələb qadağan edilir – VİDEO

Mənzil alanlar üçün vacib xəbər: bu tələb qadağan edilir – VİDEO
18 Noyabr 2017 - 19:22
Bir mənzilin bir neçə nəfərə satılması kimi neqativ halların qarşısı alınır.
ONN media xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilir. Yenilik, tikintisi başa çatmayan binalarda mənzillərin alqı-satqısı prosesinin tənzimlənməsi məqsədilə hazırlanıb.Təklifə əsasən tikintisi başa çatmayan çoxmənzilli binalarda alqı-satqı zamanı müqavilələrin notarial təsdiqi tələb edilir.
İlkin qeydiyyat sənədinin olması vətəndaşda tikintiyə dair əminlik yaradır. Qeydiyyat sənədi tikintinin qanun çərçivəsində həyata keçirildiyini göstərir.Vətəndaş hansısa şirkətdən mənzil almaq istəsə, mütləq tikintisi davam edən binanın qeydiyyat sənədinin olub-olmamasını yoxlamalıdır.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyir ki, digər dəyişikliklə tikintisi başa çatmayan binalardakı mənzilin pulunu tam şəkildə almaq qadağan edilir. İndiyə qədər bir sıra tikinti şirkətləri mənzilin pulunu əvvəlcədən alıb, daha sonra tikinti başa çatmamış aradan çıxırdılar.
Sözügedən təkliflər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png