May ayında böyük əfv olacaq

Ulu öndərin 100 illiyi ilə əlaqədar böyük əfv olacaq.

ONN media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Əfv Komissiyasının üzvü Zahid Oruc deyib.

“Əfv Komissiyasında artıq 360-a yaxın sənəd müzakirə edilib. Müraciətlərə baxılması may ayına qədər davam edəcək”, – o əlavə edib.