ONN İnformasiya Agentliyi

Metroda qatarların hərəkətində problem yarandı

Metroda qatarların hərəkətində problem yarandı
24 Noyabr 2019 - 11:08

Noyabrın 24-də saat 05:41 dəqiqədə “Həzi Aslanov – Dərnəgül” xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti “QaraQarayev” stasiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.

Bakı Metropoliteni QSC-dən ONN media-ya veriən məlumata görə, nasazlığın operativ qaydada aradan qaldırılması məqsədilə dərhal Bakı Metropoliteni QSC-nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq struktların mütəxəssisləri cəlb ediliblər.

Həmin vaxt “Ulduz – Həzi Aslanov” istiqamətində qatarların hərəkəti dayandırılıb, saat 6:00-da həmin istiqamətdə yerləşən stansiyalar sərişinlərin girişinə açılmayıb.

Metropolitendə qatarların hərəkəti Qırmızı və Yaşıl xətlər üzrə “Nəriman Nərimanov – İçərişəhər”, “Nəriman Nərimanov – Dərnəgül” sahəsində hər iki istiqamətdə 3 dəqiqəlik intervalla təşkil edilib. Bənövşəyi xətt üzrə və “Cəfər Cabbarlı – Xətai” mənzilində qatarlar normal iş rejimi şəraitində fəaliyyət göstərib.

“Ulduz- Həzi Aslanov” sahəsində sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunub.

Saat10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.

Baş vermiş hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

BakıMetropoliteni QSC yaranmış narahatlığa görə sərnişinlərin dən üzr istəyir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png