ONN İnformasiya Agentliyi

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
03 Dekabr 2023 - 17:21

Bundan sonra metroda “Bakıkart”la yanaşı, QR biletlərdən də istifadə etmək mümkün olacaq.

Bakı metropoliteni QR ödəniş üsulunun tətbiqinə başlayıb.

QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, ilin sonuna kimi tətbiq metro stansiyalarının 90%-də istifadədə olacaq. Sərnişin “Bakıkart” mobil tətbiqində QR bileti yaratmalı və turniketə yaxınlaşdırmalıdır. Bu üsulla da gediş haqqı 40 qəpikdir.

Bəxtiyar Məmmədovun sözlərinə görə, hazırda bu sistem 2 stansiyada fəaliyyət göstərir. Bunlar “Xocəsən” və “8 Noyabr”dır. Digər stansiyalarda isə bəzi turniketlərdə lazımi avadanlıqlar quraşdırılıb və texniki məsələlər tamamlanmaq üzrədir.

QR bilet yalnız bir gediş üçün etibarlı olacaq. Sərnişinlər qarşılaşdıqları çətinliklərlə bağlı *4343 və ya 141 çağrı mərkəzlərinə müraciət edə bilərlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png