ONN İnformasiya Agentliyi

Metropolitendən qatardakı davaya – MÜNASİBƏT

Metropolitendən qatardakı davaya – MÜNASİBƏT
30 Noyabr 2018 - 12:03

ONN media Oxu.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə qatarda qızlarla oğlanlar arasında yaşanan davanın görüntülərinin yayılmasına “Bakı Metropoliteni”ndən rəsmi münasibət bildirilib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, hadisə ilə bağlı əməkdaşlara heç bir müraciət edilməyib:

“Sözügedən videogörüntülərin nə zaman və hansı stansiyada baş verdiyi məlum deyil. Yazılanlara görə, hadisə “28 May” metrostansiyasında hərəkətdə olan qatarda baş verib. Bu barədə metropoliten işçilərinə və polis əməkdaşlarına heç bir müraciət daxil olmadığı üçün məsələ ilə bağlı heç nə deyə bilmərəm.

Amma videonun kütləvi informasiya vasitələrində yayılması ilə əlaqədar polis məsələni araşdırır. Ola bilər ki, görüntülər köhnədir. Faktla bağlı hər hansı informasiya əldə edilərsə, ictimaiyyətə məlumat veriləcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png