ONN İnformasiya Agentliyi

Meymunçiçəyi qapıda- Modul tipli xəstəxanalar yenidən açılır?

Meymunçiçəyi qapıda- Modul tipli xəstəxanalar yenidən açılır?
06 İyul 2022 - 16:34

Azərbaycan ÜST-lə meymunçiçəyinə qarşı mübarizə tədbirlərini qarşılıqlı müzakirə edir.

Artıq ölkəyə PCR testlər də gətirilib.

Bəs əgər yoluxma olarsa, xəstələr hara aparılacaq? Bağlanan modul tipli xəstəxanalar yenidən açılacaqmı?

Bu barədə açıqlama verən infeksionist həkim Mərdan Əliyev bildirib ki, artıq həkimlərə meymunçiçəyinin diaqnostika və müalicəsi ilə bağlı treninqlər keçirilib:

“Təbii ki, bu xəstəlikdən ağırlaşma halları ola bilər. Amma açığı mən meymunçiçəyində koviddəki kimi geniş pandemiyanın, epidemiyanın olacağını ehtimal etmirəm. Modul tipli xəstəxanaların açılmasını da gözləmirəm.

Amma respublikada bir dənə də olsa xüsusi ayrılmış modul xəstəxana olmalıdır. Çünki meymunçiçəyinə yoluxmuş xəstəni başqa xəstəxanaya, ümumi klinikaya, digər xəstələrin olduğu yerlərə yerləşdirmək olmaz. Hətta bir nəfər xəstə olsa da, o ayrıca yerləşdirilməlidir. Çünki bu infeksiya bir neçə tərəfdən yoluxdurucudur, həm tənəffüs yolları, həm də dəri səthindən”

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png