ONN İnformasiya Agentliyi

Mikayıl Cabbarov özünə iki müşavir təyin etdi

Mikayıl Cabbarov özünə iki müşavir təyin etdi
26 Dekabr 2017 - 11:13

Vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib. 

ONN media  Report-a istinadən xəbər verir ki, nazir özünə iki müşavir və köməkçi təyin edib.

Məlumata görə, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər.

C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

Ceyhunə Muxtarova M.Cabbarovun köməkçisi təyin olunub. O, M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png