ONN İnformasiya Agentliyi

Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERİLDİ

Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERİLDİ
20 Noyabr 2019 - 12:17

ONN media xəbər verir ki, Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov MDB iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib.

Şuranın növbəti iclası Bakıda keçiriləcək.

Məlumata görə, bu barədə qərar MDB üzv dövlətlərinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının Moskvada keçirilən XXVI iclasında qəbul olunub.

İclasda Azərbaycanı İqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib. M.Cabbarov sədr vəzifəsini hazırda bu postda olan Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixayıl Mişustindən təhvil alıb.

Xatırladaq ki, qeyd edilən təşkilata Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna vergi qurumları daxildir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png