ONN İnformasiya Agentliyi

Millət vəkilləri Gürcüstan və Ermənistan arasında imzalanan SAZİŞƏ SƏRT REAKSİYA VERDİLƏR – BU XƏYANƏTDİR

Millət vəkilləri Gürcüstan və Ermənistan arasında imzalanan SAZİŞƏ SƏRT REAKSİYA VERDİLƏR – BU XƏYANƏTDİR
29 Dekabr 2017 - 13:21

Deputatlar Gürcüstan-Ermənistan münasibətlərinin yaxınlaşması və bu iki ölkə arasında imzalanan sənədlərə sərt reaksiya verib.

ONNmedia xəbər verir ki, Milli Məclisin plenar iclasında çıxış edən Fərəc Quliyev və Qüdrət Həsənquliyev bir neçə gün öncə Gürcüstanla Ermənistan arasında Abxaziyadan dəmiryol xəttinin çəkilməsi barədə imzalanan sazişi Gürcüstan-Azərbaycan strateji müttəfiqliyinə xəyanət kimi dəyərləndirib.

Deputatlar yaranmış vəziyətlə bağlı Gürcüstan tərəfinə sərt reaksiya verməyi tələb edib. Gürcüstanın Azərbaycandakı səfirini XİN-ə dəvət edib vəziyyətlə bağlı rəsmi etiraz onun diqqətinə çatdırılmasını tələb ediblər.

Deputat Rasim Musabəyov da məsələdən narahatlığını dilə gətirərək, bu sazişi Gürcüstan-Azərbaycan ittifaqının pozulmasına yönələn addım kimi dəyərləndirib. O, hesabb edir ki, Gürcüstanla Ermənistan arasında belə bir sənəd imzalansa da, bu reallığa çevrilməyəcək və kağız üzərində qalacaq. Bununla belə R.Musabəyov hesab edir ki, Azərbaycan öz narahatlığını müttəfiqi hesab etdiyi Gürcüstanın diqqətinə çatdırmalıdır.

Milli Məclisin sədri Oqtay Əsədov məsələyə reaksiya verərək bildirib ki,  bu saziş hətta gürcü politoloqlar tərəfindən də kəskin etiraza səbəb olub və bunu pisləyiblər. Onlar bu sazişi Azərbaycan-Gürcüstan strateji müttəfiqliyinə xələl gətirən amil kimi dəyərləndiriblər: “Ona görə də hesab etmirəm ki, Gürcüstan Azərbaycanla bağlı strateji müttəfiqliyə arxa çevirsin və bu mümkün deyil”.

O əlavə edib ki, bu məsələni Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupu araşdırsın və məsələni müzakirə etsinlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png