ONN İnformasiya Agentliyi

Milli Məclis “Peşə təhsili haqqında” qanunun birinci oxunuşdan müzakirəsinə başladı

Milli Məclis “Peşə təhsili haqqında” qanunun birinci oxunuşdan müzakirəsinə başladı
01 Fevral 2018 - 15:52

Parlamentdə “Peşə təhsili haqqında” qanun layihəsi birinci oxunuşdan müzakirəyə çıxarılıb.

ONN media xəbər verir ki, layihəni Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli təqdim edib.

Komitə sədri deyib ki, qanun 5 fəsil, 26 maddə və 312 bənddən ibarətdir.

Akademik deyib ki, qanun layihəsində 33 əsas anlayış haqda məlumatlar verilib: 

“Bu anlayışlar qanunun sonrakı müddəalarını daha asan başa düşmək üçün açar rolunu oynayır. Qanunda dövlətin üzərinə düşən vəzifələr, dövlətin siyasəti öz əksini tapır”.

Komitə sədri bildirib ki, peşə təhsilinin inkişafı onun mexanizminin qurulmasından daha çox asılıdır:

“Qanunda üç peşə təhsili səviyyəsi müəyyən edilir. Bunlar ilk peşə təhsili, texniki peşə təhsili və yüksək peşə təhsili forması nəzərdə tutulub. Peşə təhsilinin əyani olması nəzərdə tutulub. Dövlət sifarişi əsasında ödənişsiz təhsillə yanaşı ödənişli təhsil də nəzərdə tutulub”.

Deputat Fazil Mustafa deyib ki, qanunda Azərbaycan dilinin dövlət dilində olmasının vurğulanması müsbət hadisədir:

“Bəzən dövlət təqaüdü yetərli olmur. Təklif edirəm ki, özəl sektoru bu prosesə cəlb edilsin”.

Vahid Əhmədov bildirib ki, müzakirəyə çıxarılan qanun olduqca vacibdir:

“Təhsil Haqqında qanun çərçivə qanunudur. Biz hələlik təhsildə irəliləyişə nail olmamışıq. Aparılan islahatlar fonunda yeni peşə təhsili sisteminin qurulması vacibdir. SSRİ dövründə olan peşə təhsil sistemi keyfiyyətli idi. İndi biz məcburuq ki, bu sistemi yenidən quraq. Peşə təhsilində təcrübə vacibdir. Peşə təhlisi ilə məşğul olan müəssisənin istehsalatda əməkdaşlığı olmalıdır”.

Vahid Əhmədov qeyd edib ki, qanunda dövlətin üzərinə daha çox yük qoyulub: “Məncə, bu yükün müəyyən hissəsi bələdiyyələrə və özəl sektora verilməlidir”.

Deputat Aqiyyə Maxçıvanlı qanunla tanış olduğunu, bunun ilk olduğunu qeyd edib. O, deyib ki, ölkə üçün ixtisaslı kadrların hazırlanması dövlətin prioritetlərinə uyğun olmalıdır:

“Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması qanunda var və əhəmiyyətlidir”.
Hazırda müzakirələr davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png