ONN İnformasiya Agentliyi

Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək

Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək
22 Noyabr 2017 - 11:39

Dünəndən 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

ONN media-nın məlumatına görə, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları bu gün və sabah dadavam edəcək.

Müzakirlər 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri hökumət nümayəndələri ilə birlikdə aparılır.

Dünənki iclasa Baş nazir Artur Rasizadə də qatılmışdı.

Daha 2 gün davam edəcək iclaslarda Milli Məclisin gündəliyinə aşağıdakı 7 məsələ daxildir:

1. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə

2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə

3. “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə

4. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə

5. “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə

6. Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında

7. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png