ONN İnformasiya Agentliyi

Milli Qəhrəmanın anası Əli İnsanovu İFŞA ETDİ

Milli Qəhrəmanın anası Əli İnsanovu İFŞA ETDİ
25 Noyabr 2019 - 15:23

Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova “Haqq Ədalət Partiyası”nın təşkilat komitəsinin üzvü kimi adının hallandırılmasına etiraz edib.

ONN media xəbər verir ki, Q.Budaqova bununla bağlı bəyanat yayıb:

“Mən Qalibə Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm.

Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm! Xahiş edirəm mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar!”

Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov “Haqq və Ədalət Partiyası” yaratmaqla bağlı təşəbbüs irəli sürüb və Qalibə Budaqovanın da həmin “partiya”nın təşkilat komitəsinin üzvü olduğunu bəyan edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png