ONN İnformasiya Agentliyi

Mir Cəlalın nəticəsi Azərbaycana necə gəldi?

Mir Cəlalın nəticəsi Azərbaycana necə gəldi?
20 Noyabr 2019 - 8:06

Xəbər verdiyimiz kimi, görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən ölkəmizə dəvət olunub.

ONN media xəbər verir ki, AMEA-nın Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi Cəlil Məmmədquluzadənin şəcərəsinin Azərbaycana səfərinin necə baş tutduğu barədə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Cəlil Məmmədquluzadənin oğlu Ənvər Məmmədquluzadə 1942-ci ildə Bakını tərk edib, ailəsi ilə birlikdə Tehrana köçüb. Uzun müddət onlar haqqında Azərbaycanda məlumat olmayıb. 1992-ci ildə akademik İsa Həbibbəyli Tehranda o nəslin nümayəndələrini tapıb və görüşə bilib. Çünki onlar özləri də müxtəlif səbəblərdən nəslin nümayəndələri olduğunu etiraf etmək istəməyiblər. 1992-ci ildə Tehranda akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəvəsi Teymur Cavanşiri, onun bacısı İrena Cavanşiri və qardaşı Midhət Cavanşiri (Bakıya gələn Martin Cavanşirinin atası) ilə görüşüb. O vaxtkı dövrü mətbuatda, qəzetlərdə bu barədə geniş yazılıb. Hətta hazırda Bakıda səfərdə olan Martin Cavanşiri həmin qəzeti özündə saxladığını bildirib. Daha sonra İsa Həbibbəyli Midhət Cavanşiri ilə Tehranda müxtəlif illərdə bir neçə dəfə görüşüblər.

Çox təəssüf ki, ciddi cəhdlərə baxmayaraq. ədibin nəvələrinin Azərbaycana gəlişi baş tutmayıb. Professor Vilayət Quliyevin yazdığı kimi İsa Həbibbəylinin təşəbbüsü ilə 2009-cu ildə Cəlil Məmmədquluzadənin 140 illik yubileyi ərəfəsində ədibin Polşada yaşayan nəticəsi Martin Cavanşiri ilə əlaqə yaradılıb. Lakin bu dəfə də onların Azərbaycana gəlişləri alınmayıb.

Hafiztimes.com saytının redaktoru Hafiz Əhmədovun müsahibəsi bu əlaqənin yenidən qurulması üçün əhəmiyyətli olub. Onun vasitəsilə ədibin kötücəsi Pşemişlav Cavanşirinin Feysbuk ünvanını əldə edə bildik. Daha sonra e-mail vasitəsilə ilə atası, ədibin nəticəsi Martin Cavanşiri ilə polyak dilində yazışmalar apardıq. Nəticədə, onların Cəlil Məmmədquluzadənin 150 illik yubileyində iştirak etmələrinə nail ola bildik. Bu işdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirova, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənova, o cümlədən əlaqənin qurulmasında xidməti olan Hafiz Əhmədova minnətdarlıq düşür.

Qeyd edək ki, Mirzə Cəlilin nəticəsinin Azərbaycana dəvət edilməsində H.Əhmədovun adının hallanmaması onun narazılığına səbəb olub. O bildirib ki, Mirzə Cəlilin nəticəsinin tapılmasında onun xidməti heç yerdə deyilmir.

Mətbuat xidmətinin buna cavab olaraq yaydığı bu açıqlamada isə bildirilir ki, İsa Həbibbəyli 18 noyabr 2019-cu il tarixdə, saat 14:00-da Hafiz Əhmədov ilə telefon əlaqəsi yaradaraq, onu Bakıdakı tədbirlərdə iştirak etməyə dəvət edib. Lazım olan zəruri xərcləri də öz üzərinə götürdüyünü bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png